Ukrayna rəhbərliyi ABŞ-ın irəli sürdüyü sülh planına baxmayaraq, gələcəkdə NATO-ya üzv olmaq niyyətindən geri çəkilməyəcək.
APA “Axios”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bildirib.
“Hazırda reallıq budur ki, biz NATO-da deyilik”, – Yermak deyib.









