Əfqanıstanda hakimiyyət radikal “Taliban” hərəkatına dinc yolla veriləcək.
“Report” “TOLO News”a istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın daxili işlər naziri Abdul Sattar Mirzakval bildirib. O, qeyd edib ki, radikal hərəkatən silahlıları paytaxta hücum etməyəcəklər.
“Kabil hücuma məruz qalmayacaq, hakimiyyət dinc yolla ötürüləcək”, – deyə nazir “TOLO News” telekanalının efirində bildirib.
Mirzakval paytaxt sakinlərini əmin edib ki, təhlükəsizlik orqanları Kabilin təhlükəsizliyini təmin edəcəklər.
Öz növbəsində “Taliban” hərəkatının nümayəndələri də bildiriblər ki, vətəndaşların təhlükəsizliyini təmin edəcəklər.