- Manşet, Mədəniyyət

Əliağa Kürçaylı yaradıcılığı Belarus ədəbiyyat portalında

Belarusun populyar “Stihi.bu” ədəbiyyat portalı görkəmli Azərbaycan şairi Əliağa Kürçaylının, rus dilinə tərcümə olunmuş “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata səhifə ayırıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, şeirlərin rus dilinə tərcümə müəllifi – tanınmış Azərbaycan tərcüməçisi, mərhum şair Vladimir Qafarovdur.

Qeyd edək ki, bu ildən fəaliyyətə başlamış portal öz səhifələrində əsasən müasir dünya poeziyası nümunələrinin rus və belarus dilində tərcümələrini işıqlandırır.