- Cəmiyyət

Ərdoğanın sözçüsü: “Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamır”

“Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzvlüyünə qarşı qapıları bağlamır”.

APA xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarixi siyasət üzrə baş müşaviri və sözçüsü İbrahim Kalın “Reuters“ə müsahibəsində deyib.

“Biz qapını bağlamırıq. Amma biz bu məsələni əsasən Türkiyənin milli təhlükəsizliyi məsələsi kimi gündəmə gətiririk”, prezidentin xarici siyasət üzrə baş müşaviri deyib.

İbrahim Kalın deyib ki, ABŞ, Türkiyə və Avropa İttifaqı tərəfindən terrorçu təşkilat kimi tanınan PKK Avropada maliyyə dəstəyi yığır, heyətini gücləndirir

“Xüsusilə də onların mövcudluğu İsveçdə açıq şəkildə bəyan edilir. Nə etmək lazım olduğu aydındır. Bu ölkələrdə PKK-nın media nümunələrinin çapına icazə PKK-nın digər fəaliyyətləri və onun üzvlərinə icazə dayandırılmalıdır”, – İbrahim Kalın vurğulayıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova