- Köşə, Manşet

Əsəd CAHANGİR. Əkrəm Əylislinin elədikləri və yazdıqlarının azacıq bir qismi

Əkrəm Əylislinin elədikləri və yazdıqlarının azacıq bir qismi də yetərlidir ki, onun kim olduğunu biləsən:

1. Sero Xanzadyanın Stepanakertdə keçirilən 60 illik yubileyində erməni yazıçısının bığlarından o qədər öpüb ki, axırda Yusif Səmədoğlu “ondansa Bakıda mənim itimin bığlarını öpəydin” deyib.

2. “Daş(nak) yuxular” əsərində qərbi azərbaycanlıları “ermənistandan gələn it uşaqları”, naxçıvanlıları “danabaş”, şuşalıları “verzila” adlandırıb.

3. Öz doğulduğu Əylis kəndini ermənilərin diliylə “Akulis” kimi yazıb.

4. Yazır ki, Akulisin əs sahibi türklərin süngüsündən həlak olan ermənilərdir.

5. “Ətirşah Masan”da Akulisin pedofil qocalara, zoofil yeniyetmələrə, bic doğan qadınlara qaldığını yazmaqla bir vaxtlar mövcud olan müqəddəs erməni məkanının türklər tərəfindən nə günə qoyulduğunu demək istəyir.

5. Türk süngüsündən xilas olan zavallı erməni qızcığazı Anikonun əsrlərin dərinliyindıən səsi qulağından getmir.

6.Oğlunu Vətənə qurban verən Xəlil Rza Ulutürkü “Xəlilullah Xəlil” deyə təhqir eləmək istəyir.

7. Türkçü əqidəli yazıçılar İsa Muğanna və Oljas Süleymanova sataşır, onlara 37-ci ilin qaydası üzrə pantürkist damğası vurmaq istəyir.

8. “Drujba narodov” jurnalına verdiyi donosda “mən uşaqlıqdan öz xalqıma yox, başqa xalqlara (yəni ermənilərə) etibar etmişəm” yazır.

9. Milli Məclisdəki çıxışında “Qarabağ məsələsindöə gərək ermənilərə güzəştə gedək, ərazimizin müəyyən faizini onlara verək” deyib.

9. Habil Əliyevə yazıb ki, kaman erməni alətidir.

10. Babəki “qaniçən”, “cani”, “quldur”, “uşaq əti yeyən” adlanıdırıb, Babəki ələ verən Səhl ibn Smbatı satqın adlandırğınıa görə Rəsul Rzaya “xunveybin” deyib.

11. “Nobel milli maraqlara verilmir, bəşəri maraqlara verilir” deyə “Daş(nak) yuxuları” Nobel almaq üçün yazdığnı boynuna alır.

12. Ermənilər Əkrəmi “naş Akram adlanırır, onun bədnam “Daş(nak) yuxular”əsərini ekranlaşdırır, erməni diasporası ona siyasi sığınacaq vermək üçün xaricə dəvət edir.

13. “Daş(nak) yuxular” əsasında ermənilər tamaşa hazırlayır və tamaşanın ermənilərin qondrma soyqırım günündə göstərilməsi planlaşdırılır.

14. əkrəm “Daş(nak) yuxular”da öz daşnakpərəst fikirlərinin ruporuna çevirdiyi qəhrəmanının diliylə deyir: “Mən həmişə hiss etmişəm ki, içimdə bir erməni ruhu var”.

15. “Daş(nak) yuxular” əsərinin qəhrəmanının ruhunun Eçmiədzin kilsəsinə uçduğunu yazmaqla öz ruhunu nəzərdə tutur.

16. “Daş(nak) yuxularda” H.Əliyev və Ə.Elçibəyin ironik obrazlarını yaratmağa cəhd edir.

17. P.S. Əkrəmin kim olduğunu hələ 60-80 -ci illərdə bir çox şair-yazıçılar bilib. B.Vahabzadənin onun ermənipərəstliyini ifşa edən, amma o vaxt məlum səbədən dərci mümkün olmayan şeiri var. B.Vahabzadə “Sən kimsən, nəçisən, özün bilərsən, mən başdan-bunadan türk oğlu, türkəm” misralarını da ona və onun kimilərinə ünvanlayıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova