- Ədəbiyyat, Manşet

Ədəbiyyat üzrə Nobel mükafatının qalibi açıqlanıb

Bu gün 2021-ci il Ədəbiyyat üzrə Nobel mükafatının sahibi açıqlanıb.

Nobel Komitəsinin rəsmi saytının verdiyi xəbərə görə, mükafat Tanzaniyadan olan və hazırda Böyük Britaniyada yaşayan yazıçı Abdulrazak Qurnaya (Abdulrazak Gurnah) verilib.

O, bu mükafata “mədəniyyətlər və qitələr arasındakı uçurumda müstəmləkəçiliyin təsirlərinə və qaçqınların taleyinə barışmaz və şəfqətli şəkildə nüfuzuna görə” layiq görülüb.

1948 -ci ildə Tanzaniyanın Zanzibar adasında ərəb əsilli müsəlman ailədə anadan olub. 1968-ci ildə İngiltərəyə köçərək orada təhsilini davam etdirib. Hazırda Böyük Britaniyada yaşayır. Əsərləri Buker mükafatının uzun və qısa siyahılarına düşüb.

“Cənnət”, “Fərarilik”, “Dəniz kənarında” və başqa əsərlərin müəllifidir.

Qeyd edək ki, mükafatın ötənilki qalibi ABŞ şairi və esseisti Luiza Qlük olub. (apa)