- Cəmiyyət, Manşet

Əfqanıstanda 18 milyon insanın humanitar yardıma ehtiyacı var

“Avropa Birliyi Rusiya və Çinə Əfqanıstandakı vəziyyəti nəzarətə götürməyə icazə verməməlidir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentində çıxışı zamanı Aİ-nin ali komissarı Jozep Borrel deyib.

Bildirilib ki, hazırda 4 milyon Əfqanıstan vətəndaşı ölkədaxili qaçqına çevrilib. Əfqanıstanda 18 milyon insanın isə humanitar yardıma ehtiyacı yaranıb.