Mən uşaqlıqda hər hansı hacı və kərbəlayı ki, zİyarətdən qayıdardı və onun görüşünə gedərdim, eşidərdim deyir ki, “fılan yerdə belə ənizəyə rast gəldik və fılan mənzildə cəmalımız biz ilə belə rəftar etdi, züvvara məsləhət gördülər ki, “Süleymanİyyə yolu ilə gedək yavuq olsun”. Çavuşumuz dedi: “Xeyr, orda ənizə var. Bicar yolu yaxşıdır ki, qorxusuzdur”. Biz Bicar yolu getdik, sonra eşitdik ki, Kəblə Həsənqulugil Süleymaniyyə yolu gedib ənizəyə rast gəliblər”.
Mən bu sözləri eşidəndə həmişə təəccüb edirdim ki, görəsən, bu ənizə, ənizə nə deməli sözdür? Bu, çay adıdır, yer adıdır, ya heyvanat qismindəndir? Sonralarda qandım ki, xeyr, ənizə deyilən, çöllərdə boyümüş bir ənis ərəblərdəndir ki, işləri-peşələri gəlib-gedən züvvarı güdmək və onlara artıq dərəcədə məhəbbət və ehtiram etməkdir. Mesələn, çox vaxt rast gəldikləri züvvar dəstələrinin şeylərini bütün əllərindən alıb apararlar ki, ağanın züvvarına yolda ağırlıq edib əziyyətə və zəhmətə salmasın. Və bəzi vədə ki, bir para züvvar anlamayıb bunların bu mehribançılığmı qəbul etməz, onlar ilə ərəbi dəva edərlər, yəni əllərində olan böyük toppuz ilə elə vurarlar ki, züvvarın başı darmadağın dağıltb fövri feyzi-şəhadəti dərk edər.
Sözümə şahid, bu il Məkkeyi-mükərrəməyə müşərrəf olan hüccacın qayıdış başı bir böyük dəstəsi bu müsafır sevən bədəvi ərəb qardaşlara rast gəlibdir. Onlar hacıların həcc yolunda çəkdikləri əziyyəti və qazandıqları feyzi və səadəti nəzərdə tutub razı olmuyublar ki, bunlar belə günahdan silkinə-silkinə gedib vətənlərində genə günahə batıb axırda biiman dünyadan getsinlər.
Deyiblər gərək siz şəhadət feyzini dəxi dərk edib, necə ki, pak və müqəddəs beytülhəramdan çıxmısınız və habelə birbaş cənnəti-əlayə rəvanə olasınız ki, pak ətəklariniz bu dünyanın günahlarının çirkinə batmasın və həqiqətdə də onlan bu səadətə nail ediblər.
Həzrət buyurur ki, günah öldürəndə deyil, öləndədir, yəni ərəb- lərin hacılar və kəblayılara bu nov rəftarları iki şiqqidən xali deyil. Birisi budur, deyirlər ki, siz öz vətəninizdə min zəhmətlə qazandığınız paraları niyə ac və möhtac külfətinizə və qövmü-əqrəbanıza verməyib gətirib Ərəbistan çöllərində sərf edirsiniz? Və ikinci, deyirlər, indi ki siz axirətə mayilsiniz və dünya ilə işiniz yoxdur, qoyun biryolluq “əlehsani-bittamam” olsun və bu dünyanın məşəqqətindən xilas olub həmişəlik behiştdə istirahətlə məşğul olun! Buna kimin nə sözü ola bilər? Yaşasın əmr bəməruf, nəhy əzmünkər edən bədəvi ənizə qardaşlar və sağ olsun Osmanlı dövləti ki, məmləkətinin hər guşəsində amin-aman hökmfərma olub qurd qoyun ilə otlayır…
“Molla Nəsrəddin”, 5 fevral 1914, N 4