- Ədəbiyyat, Manşet

Ən qısa ədəbi şedevrlər

1. Bir dəfə Heminquey mərc gəlir ki, cəmi dörd sözdən ibarət, istənilən oxucunu həyəcanlandıra biləcək hekayə yazacaq. O, mərcdə qalib gəlib: “Uşaq ayaqqabıları satılır. Geyilməyib».

2.Frederik Braun ən qısa qorxulu hekayəni yazıb: “Yer üzündə sonuncu insan otaqda oturmuşdu. Qapı döyüldü…”.

3.O`Henri ənənəvi hekayənin bütün komponentlərini – rəbt, kulminasiya və qəti (razvyazka) özündə cəmləşdirən ən qısa hekayə müsabiqəsində qalib gəlib: “Sürücü siqaret yandırdı və nə qədər benzin qaldığını görmək üçün yanacaq çəninin üstünə əyildi. Mərhumun iyirmi üç yaşı var idi”.

4. Ən qısa tərcümeyi-hal müsabiqəsində yaşlı bir fransız qadın qalib gəli O yazırdı: “Əvvəllər hamar üzüm və qırışmış ətəyim var idi, indi əksinədir”.

5.Bütün bədənimdə şiddətli ağrı ilə oyandım. Gözümü açdım və çarpayımın yanında bir tibb bacısının dayandığını gördüm.

“Cənab Fujima, – dedi, – bəxtiniz gətirdi, iki gün əvvəl Xirosima  bombalananda sağ çıxdınız. İndi xəstəxanadasınız, daha təhlükə yoxdur”.

Gücümü toplayıb soruşdum:
– Mən haradayam?
-Naqasakidə, – deyə o cavab verdi.

© Alan E. Mayer “Bəxtsizlik”

6.Rita vəhşicəsinə öldürüləndən bəri Karter pəncərənin kənarında oturur. Nə televizora baxır, nə oxuyur, nə yazışır. Onun həyatı pərdələrin arasından görünəndir. Yeməyi kimin gətirdiyinə, hesabı kimin ödədiyinə əhəmiyyət vermir, otaqdan çıxmır. Onun həyatı qaçan idmançılar, fəsillərin dəyişməsi, yoldan keçən maşınlar, Ritanın kabusudur.
Karter anlamır ki, keçə vurulan palataların pəncərəsi yoxdur.

© Ceyn Orvis “Pəncərə”

7.Ulduzlu gecə. Ən uyğun vaxt. Romantik şam yeməyi. Rahat italyan restoranı. Kiçik qara don. Möhtəşəm saçlar, parlayan gözlər, gümüşü gülüş. Artıq iki ildir ki, bir yerdəyik. Əla vaxt! Əsl sevgi, ən yaxşı dost, başqa heç kim. Şampan! Əlimi və ürəyimi təklif edirəm. İnsanlar baxır? Qoy baxsınlar! Gözəl brilyant üzük. Yanaqlarda qızartı, cazibədar təbəssüm.
Necə yox?!

© Larisa Kirkland “Təklif”

8.Yunanıstanın bir çox şəhərlərini fəth etmiş Makedoniya kralı II Filippin məktubuna spartalıların lakonik cavabı: “Mən sizə dərhal təslim olmağı məsləhət görürəm, çünki əgər mənim ordum sizin torpaqlarınıza girsə, bağlarınızı dağıdacağam, insanları əsarət altına alacam və şəhəri məhv edəcəyəm”. Spartalılar ona bir sözlə cavab verirlər: “Əgər”.

9.Bu baş verən kimi üzücü xəbəri həyat yoldaşıma çatdırmaq üçün evə tələsdim. Amma, deyəsən, o, məni heç dinləmirdi. O, heç məni fərq etmirdi. Düz mənə baxdı və özünə içki süzdü. Televizoru yandırdı. Bu zaman telefon zəng çaldı. Keçib telefonu götürdü. Üzünün necə qırışdığını gördüm. O, acı-acı ağladı.

© Çarlz Enrayt “Kabus”

10.Nəhayət, bu ucqar, tənha kənddə onun axtarışı başa çatdı. Həqiqət sökük bir daxmada ocağın yanında oturdu.

O, bundan daha yaşlı və daha çirkin qadın görməmişdi.
– Sən Həqiqətsən?
Qoca, büzüşmüş ifritə təntənəli şəkildə başını tərpətdi.
-Dünyaya nə deyim? Hansı xəbəri çatdırmaq lazımdır?
Qarı ocağa tüpürüb cavab verdi:
-Onlara de ki, mən gənc və gözələm!

© Robert Tompkins, “Həqiqət axtarışında”

kamilinfo.net