Ən uzun sözlər. Ən uzun sözlərə bitişik yazılan sözlər, bəzi mürəkkəb və aqlutinativ sözlər və ya okkazionalizmlər daxildir. Məsələn, 17 şirin və turş inqridiyentdən ibarət frikase mənasını verən 182 hərfli söz e.ə. IV əsrdə Aristofanın “Qadınlar xalq məclisində” komediyasında istifadə olunub.
195 işarədən ibarət olan və latın əlifbasının 428 hərfi ilə transliterasiya edilə bilən mürəkkəb söz Turimalambanın XVI əsrdə sanskritdə yazılan əsərində (Vidcayanaqar kraliçası) rast gəlinir.
Bu söz Hindistanın Tamilnad ştatında Kansi yaxınlığında yer adını qeyd etmək üçün istifadə olunub.
Ən uzun palindrom. Palindrom hər iki istiamətdə eyni oxunan söz, söz birləşməsi, mətndir. Dünyada ən uzun palindrom fin dilində 19 hərfdən ibarət saippuakivikauppias (torta satan) sözüdür. Ən uzun ingilis palindromu 9 hərfli redivider (arakəsmə) sözüdür.
Malayalam palindromu Hindistanın cənubunda yerləşən Kerala ştatında yaşayan malay xalqının dilindədir. Kanakanak palindromu coqrafi addır (Dillingem yaxınlığında, Alyaska). 11 hərfli detartrated palindromu kimyəvi termindir.
Yunanınstanda və Türkiyədə körpələrin xaç suyuna salınması üçün istifadə olunan bəzi kupellərin üstündə 25 hərfdən ibarət palindrom yazılıb: NIFON ANOMHMATA MH MONAN OFIN (təkcə üzümü deyil, günahlarımı da yu).
Ən uzun palindromik kompozisiya 1987-ci ilin noyabr ayında Edvard Benboy tərəfindən hazırlanıb. Al, sign it, Lover! sözləri ilə başlayıb revolting, isla sözləri ilə bitən kompozisiya 100 000 sözdən ibarətdir.
Ən uzun palindromik roman olan “Doktor Okvard və Olson Olsoda” 31 594 sözdən ibarətdir. Roman 1986-cı ildə Nyu-yorklu Lorens Levin tərəfindən yazılıb.
Ən uzun elmi termin. İnsan mitokondriyasının dezoksiribonuklein turşusunun sistematik adı 16.569 nükleotid qalığının adını ehtiva edir və 207.000 hərfdən ibarətdir. Termin 1981-ci ilin aprelin 9-da “Nature” jurnalıda dərc edilib.
Ən uzun anaqramlar. Anaqram yarada biləcək ən uzun qeyri-elmi ingilis sözləri olan conservationalists və conversationalists 18 hərfdən ibarətdir. Anaqram yaradan ən uzun elmi terminlər olan hydroxydesoxycorticosterone və hydroxydeoxycorticosterones 27 hərfdən ibarətdir.
Ən uzun abreviatur. SKOMKHPHKJCDPWB – Qərbi Malayziyada pul əməliyyatları həyata keçirən kooperativin adının baş hərfləridir.
SKOMK – bu abreviaturun abreviaturu.
Los Anceles şəhərinin tam adı Еl Pueblo de Nuestra Senora la Reina de los Angeles de Porciuncula 55 hərfdən ibarətdir.
Ən çox yayılan söz və hərflər. İngilis dilində ən geniş yayılmış sözlər – the, of, and, to, a, in, that, is, I, it, for, as. Danışıq dilindən ən çox I sözünə rast gəlinir. Ən çox istifadə olunan hərf – e, ən çox istifadə olunan baş hərf isə t-dir.
Ən çox mənası olan söz. İngilis dilində ən çox mənası olan söz setdir – 194 məna (58 isim, 126 fel, 10 feli sifətdən əmələ gələn sifət).
Ən tutumlu söz. Cənubi Argentina və Çilidə istifadə olunan ispan dilinin fuegiy dialektində mamihlapinatapai sözü “bir birinə digərinin hər ikisinin etmək istədiyini, lakin etməyə həvəsi olmadığı işi etməyi təklif edəcəyi ümidi ilə baxmaq”.