Argentinalı ulduz futbolçu Lionel Messinin Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu ilə danışıqlar apardığı məlum olub.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, “Əl-Hilal”ın rəhbərliyi Messiyə ildə 300 milyon avro maaş təklif edib.
Futbolçunun agenti və klub transfer xəbərlərinə hələlik münasibət bildirməyib.
Qeyd edək ki, “Əl-Hilal” klubu Kriştianu Ronaldonun bir müddət əvvəl transfer olduğu Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun əsas rəqibidir.