- Cəmiyyət

Ərdoğan almaniyalı həmkarı ilə Əfqanıstanı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Almaniya Prezidenti Frank-Valter Ştaynmayer arasında telefon danışığı olub.

APA-nın yerli bürosunun Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərə görə, tərəflər Türkiyə-Almaniya münasibətlərini müzakirə edib.

Türkiyə və Almaniya prezidentləri Əfqanıstan və miqrantlar mövzusu başda olmaqla regional məsələlərə dair fikir mübadiləsi aparıblar.