“Avropa İttifaqı 52 ildir ki, gözlədilən Türkiyəyə qarşı müsbət addım atmalıdır”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.
“Avropa İttifaqı ilə bağlı gözləntilərimizin yerinə yetirilməsini istəyirik. NATO sammitində Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının sədri Ursula Fon der Lyayen və digərləri ilə bu barədə danışdıq. Onlara mövqeyimizi çatdırdım”, – Ərdoğan vurğulayıb. (report)