Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkari Volodimir Zelenski arasında görüş başa çatıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, liderlər Ukraynadakı müharibəni, o cümlədən taxıl ixracı məsələsini müzakirə ediblər.
Qeyd edək ki, V.Zelenskinin BMT Baş katibi Antonio Quterreşlə görüşü də baş tutub.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ukraynalı həmkarı Volodimir Zelenski arasında görüş başlayıb.
“Report” Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş Lvovdakı Potoçki sarayında keçirilir.
İkitərəfli görüşdən sonra BMT Baş katibi Antonio Quterreşin iştirakı ilə üçtərəfli görüş başlayacaq.
Daha sonra liderlərin birgə mətbuat konfransı keçirəcəkləri gözlənilir.
Görüşlərdə Ukraynadakı durum, o cümlədən taxıl ixracı prosesinin müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, bu, Ərdoğanın müharibə başlayandan Ukraynaya ilk səfəridir.