Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının “Çıxış yoxdur!” fəlsəfi dramının premyerası anşlaqla keçib.
Teatrdan APA-ya verilən xəbərə görə, Akademik Rus Dram Teatrının səhnəsində nümayiş olunan tamaşa məşhur fransız yazıçı Jan-Pol Sartrın 1944-cü ildə yazdığı “Bağlı qapılar arxasında” əsəri əsasında hazırlanıb.
Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadə, prodüseri Nicat Qulam, işıq üzrə rəssamı Binyamin Sailovdur. Tamaşada Elşən Əsgərov, Səmayə Ağayarova, Lalə Süleymanova, İmran Lalayev, Elsevər Rəhimov, Aysel Feziyeva və Gülçin Qasımova çıxış edirlər.