- Cəmiyyət, Manşet

“Əvvəlcə Messini transfer etmək istəyirdik”

“Əl-Nəsr”in baş məşqçisi Rudi Qarsiya təkcə Kriştiano Ronaldonu deyil, həm də Lionel Messini komandasında görmək istəyirmiş.

525.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı hücumçunun keçidi ilə bağlı danışan mütəxəssis daha əvvəl Argentina millisinin və PSJ-nin üzvü Lionel Messini heyətə cəlb etmək istədiklərini deyib:

“Əvvəlcə Messinin transferini istəyirdim. Mən şəxsən Leonu Dohadan (Qətərin paytaxtı – red.) gətirməyə çalışdım” – deyə Qarsia bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı klubu Ronaldo ilə 2 illik müqavilə bağlayıb. “Əl-Nəsr”in “Real”dan Luka Modriç və PSJ-dən Serxio Ramosla maraqlanması ilə bağlı məlumatlar da yayılıb.