“Qarabağ hamımızın könlündədir. Qarabağ zəfəri ilə Azərbaycan çox şeyi bacardı”.
“Report” xəbər verir ki, bu fikirləri dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər Bakıda keçirilən “UNEC İqtisadi Forumu”nda çıxışı zamanı deyib.
“Birincisi, azadlıq verilmir, azadlıq qazanılır. İkincisi, Türkiyənin İstiqlal savaşından sonra Qarabağ müharibəsi imperialistlərə bu mesajı verdi: “Bizim torpağımızı ala bilməzsiniz”. Üçüncüsü, bütün bunlar imperializmin zamanının keçdiyini bir daha sübut etdi. Başqasının torpağını işğal edib bunu dünyaya qəbul etdirə bilməzsiniz. Azərbaycanlı qardaşlarımız Qarabağı azad etməklə bütün dünyaya dərs verdilər”, – o bildirib.