- Mədəniyyət

“1001 gecə” baleti Mariinski Teatrının yeni səhnəsində

Sankt-Peterburqun dünya şöhrətli Mariinski Teatrının yeni səhnəsində teatrın Primorski filialının balet truppasının növbəti qış qastrol proqramı çərçivəsində dahi Azərbaycan bəstəkarı Fikrət Əmirovun “1001 gecə “ baletinin tamaşalarının təqdimatı böyük əks-səda yaradıb.

AZƏRTAC xəbər verir ki, tamaşalar Mariinski teatrının direktoru və bədii rəhbəri, görkəmli dirijor Valeriy Gergiyevin dəvəti ilə təşkil olunub. Fikrət Əmirovun möhtəşəm əsəri ilə bərabər Mariinski teatrının tarixi və yeni səhnələrində P. Çaykovskinin “Şelkunçik” və A.Adanın “Korsar” baletlərinin ifası balet musiqisinin böyük bayramına çevrilib. Bütün tamaşalar Rusiyanın Əməkdar incəsənət xadimi, Mariinski teatrının baş baletmeysteri Eldar Əliyevin quruluşunda göstərilib.