Qaraçılar demək olar ki, bütün qitə və materiklərdə yaşayırlar. Təkcə Avropa qaraçılarının sayı 8-12 milyon civarındadır.
Alimlərin linqvistik və genetik tədqiqatlarına əsasən, qaraçıların soykökü Hindistana gedib çıxır. Qaraçılar hind dilini çox yaxşı bilirlər və hind kinolarına tərcüməsiz baxırlar.
Qaraçılar üçün ən dəhşətli cəza – onların qaraçı icmalarına üzv olmaqdan məhrum edilməsidir. Bu cəza ən ağır cinayət törədənlərə tədbiq edilir.
Qısa saç qaraçılar üçün təhqir hesab edilir. Saçın kəsilməsi, qırxılması qaraçı dəstələrindən uzaqlaşdırılan və təcrid olunanlara tətbiq edilir. Bu səbəbdən də qaraçılar qısa saçlı olmurlar.
Qaraçı anlayışına görə, qadınların ayaqqabı geyməsi və tumanı (yubkanı) beldən aşağı bağlamaq rəzalət, ayıb hesab edilir. Həmişə ayaqyalın olduqlarından, qaraçılar yerdən olan və döşəməsiz evlərdə yaşayırlar.
Bir qulağında sırğa olan qaraçı oğlan, demək, — evin tək oğludur.
Qaraçılar ta qədimdən köçəri həyat sürüblər. Amma müasir dövrdə qaraçıların yalnız 1%-i köçəri həyat keçirirdi.
Qaraçıların əsas milli yeməkləri kirpi ətindən hazırlanan yeməklərdir (qızardılmış və ya bişirilmiş halda). Bu əsasən, Polşa və Baltikyanı ölkələrin qaraçılarına məxsus ən ləziz yeməklərdəndir. Bu onlara Avropadan qovalanan dövrlərdən qalıb. O dövrlər qaraçılar qaçıb meşələrdə gizlənər və ancaq kirpi ətilə dolanardılar.
Bayramlarda həddən artıq spirtli içki qəbul etmək ətrafdakılara hörmətsizlik əlaməti sayılır. Bayram tədbirlərində cavan qaraçı oğlanlar növbətçi olurlar. Daha dəqiq desək, onlar bütün qayda-qanunlarının, ənənəyə sadiqliyin keşiyində durur və qaydaların, ənənələrin pozulmasına imkan vermirlər.
Ümumiyyətlə, cavan qaraçı oğlanlar böyüklərin yanında spirtli içki içmirlər.
8 aprel – Qaraçılarım milli günü hesab olunur.
Uşağa məhəbbət qaraçılarda o dərəcədə güclüdür ki, öz övladları olduğu halda, uşaq götürüb saxlayırlar. Qaraçı etiketinə görə, uşaq olan evə əliboş getmək olmaz. Mütləq uşaqlar üçün nəsə bir hədiyyə və ya şirniyyat aparılmalıdır. Qaraçı qaydalarına əsasən, qonaq olduğu evdə nəsə bir şey usağın xoşuna gələrsə, ev yiyəsi həmin şeyi uşağa hədiyyə etməlidir.
Qaraçı icmalarında ən sözükeçər, ən hörmətli qadınlar çoxuşaqlı, və ya çox uşaq tərbiyə etmiş qadınlardır.
Qaraçıların əksəriyyəti xaçpərəst və müsəlmandırlar. Çox az bir hissəsi isə digər dinlərə mənsub olanlardır.
Rəhmətə getmiş qaraçılara mənsub olan əşyalar və ya rəhmətə getməzdən əvvəl toxunduğu bütün əşyalar “natəmiz” hesab edilir. Həmin əşyalar rəhmətə gedənlərlə bərabər torpağa basdırılır.
Qaraçılarda doğuşdan sonra qadınların toxunduqları hər bir şey “natəmiz” hesab olunur və həmin əşyalar məhv edilir. Alimlər bütün bunların sanitar-gigiyenik baxımdan irəli gəldiyini söyləyirlər.
qaracılar
Evlənmə zamanı bakirəlik qaraçılarda böyük əhəmiyyət kəsb edir. Toy zamanı “üzağlığı”nın hamının qarşısında nümayiş etdirilməsi də qaraçılara məxsus bir ənənəvi haldır.
Qaraçı adətinə görə, təzə evlənən oğlan bir müddət valideynləri ilə qalmalı, sonra özünə ev-eşik düzəldərək valideynlərini tərk etməlidir. Evin kiçik oğlu isə həmişəlik, daima valideynlərinin yanında qalmalıdır. Valideynlər qocalarkən onlara qulluq etmək də kiçik oğlun öhdəsinə düşür.
Qaraçı qadınlar qızıla çox həris olurlar. Bu da ondan irəli gəlir ki, boşandıqdan sonra qaraçı qadınlar onlara verilən qızıl əşyaları özlər ilə götürürlər. Bu da boşandıqdan sonra qadınların maddi təminatına şərait yaradır. Qaraçılarda boşanma zamanı kişi qadına pul və ya heç bir əşya verməyə bilər. Amma qadının üzərindəki əşyalara toxuna bilməz .
II Dünya Müharibəsi zamanı Polşa ərazisində yerləşən Osvensin – Bjezinka həbs düşərgəsinə faşistlər tərəfindən Şərqi-Avropadan həbs olunaraq 21.000 qaraçı gətirilmiş və məhv edilmişdir. Bunların içərisində uşaqlar və qocalar da var imiş.
Qaraçıların əksəriyyəti hipnoz etməyi yaxşı bilir və bunu heç də xeyirli məqsədlər üçün istifadə etmirlər. Bu səbəbdən də söhbət zamanı onların gözlərinin içinə baxmaq çox təhlükəlidir.
Orucova Jalə
Mənbə: azens.az