- Cəmiyyət

16 oktyabr Ümumdünya Qida Günüdür

Ümumdünya Qida Günü 16 oktyabr 1945-ci ildə təsis edilib. Bu gün həmçinin BMT-nin Ərzaq və Kənd Təsərrrüfatı Təşkilatının (FAO) yaranması günü kimi də qeyd olunur.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən APA-ya bildirilib ki, günümüzdə baş verən həm iqlim dəyişiklikləri, həm münaqişələr, həm də su ehtiyatlarının azalması səbəbindən dünyada ərzaq təhlükəsizliyinin təmin olunması çətinləşir. Məhz bu nöqteyi nəzərdən müasir dünyamızda qida təhlükəsizliyi və ərzaq təhlükəsizliyinin birgə tətbiqi ərzaq qıtlığının aradan qaldırılmasının əsas tamamlayıcı hədəfidir.