Əgər bu dillərdə heç kim danışmırsa, bu, o demək deyil ki, onlar unudulmalıdır. Bəlkə də, bu yazını oxuyandan sonra kimsə bu dillərin biri ilə yaxından tanış olmaq istəyəcək. Bu dillərdə istənilən poliqlotu özünə cəlb edəcək sirli və əsrarərngiz nəsə var.
10. Akkad dili
Yaranması: eramızdan 2800 il əvvəl.
Ölməsi: eramızın 500-cü ili.
Ümumi məlumat: Qədim Mesopotamiyanın linqva-frankası (linqva-franka (italyanca lingua franca «frank dili»[1]) — başqa dillərdə danışan insanlar üçün ortaq üünsiyyət vasitəsi olan yad dil) olub. Akkad dilində də şumer diindəki kimi mixi yazıdan istifadə edilib. Gilqamış haqda epopeya, Enum haqda mif bu dildə yazılıb. Qrammatikası klassik ərəb dilinin qrammatikasını xatırladır.
Öyrənməyin faydası: bu qəribə işarələri asanlıqla oxuyub zövq almaq olar.
Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür.
9. Bibliya ivriti
Yaranması: eramızdan 900 il əvvəl.
Ölməsi: eramızdan 70 il əvvəl.
Ümumi məlumat: Əhdi-Ətiq bu dildə yazılıb
Öyrənməyin faydası: bu dil müasir danışıq ivritinə çox yaxındır.
Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür.
8. Qıptı dili (kopt)
Yaranması: eramızın 100-cü ili.
Ölməsi: eramızın 1600-cü ili
Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb
Öyrənməyin faydası: yunan əlifbası ilə yazılan Misir dilinin əsasıdır
Öyrənməyin mənfi tərəfi: ərəb dili tərəfindən sıxışdırıldığı üçün bu dildə kimsə danışmır
7. Arami dili
Yaranması: eramızdan 700 il əvvəl.
Ölməsi: eramızın 600-cü ili
Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb
Öyrənməyin faydası: Bibliya ivritindən az fərqlənir, öyrənib İsa peyğəmbərin dilində danışa bilərsiniz.
Öyrənməyin mənfi tərəfi: bir neçə arami icması istisna, bu dildə kimsə danışmır.
6. Orta ingilis dili
Yaranması: eramızın 1200-cü ili.
Ölməsi: eramızın 1470-ci ili
Ümumi məlumat: xristianlığın bütün ilkin ədəbiyyatı bu dildə yazılıb
Öyrənməyin faydası: ingilisi poeziyasının atası Cefri Çoseri, Uiklifin tərcümə etdiyi Bibliyanı, “Robin Qudun igidliyi” balladasını oxuya bilərsiniz
Öyrənməyin mənfi tərəfi: həmsöhbət tapmaq müşküldür.
5. Sanskrit
Yaranması: eramızdan 1500 il əvvəl.
Ümumi məlumat: indi də liturgiya dili kimi istifadə edilir. Vedalar bu dildə yazılıb. Üç min ilə yaxın müddətdə Hindistan yarımadasının linqva-frankası olub. Əlifbası 49 hərfdən ibarətdir.
Öyrənməyin faydası: hinduizm, buddizm və caynizmin dini mətnlərinin əsasında durur.
Öyrənməyin mənfi tərəfi: yalnız ruhanilər bəzi kəndlərin sakinləri ilə danışmaq olar.
4. Qədim Misir dili
Yaranması: eramızdan 3400 il əvvəl.
Ölməsi eramızın 600-cü ili
Ümumi məlumat: Məşhur “Ölülər kitabı”, Misir hökmdarlarının qəbir daşları bu dildə yazılıb.
Öyrənməyin faydası: heroqlifləri sevənlər üçün maraqlıdır.
Öyrənməyin mənfi tərəfi: bu dildə kimsə danışmır.
3. Qədim skandinav dili
Yaranması: eramızın 700-cü ili.
Ölməsi eramızın 1300-cü ili
Ümumi məlumat: Məşhur “Ölülər kitabı”, Misir hökmdarlarının qəbir daşları bu dildə yazılıb.
Öyrənməyin faydası: German-skandinav mifologiyasının əsas əsəri olan “Edda”, bir sıra skandinav əsatirləri bu dildə yazılıb. Bu, vikinqlərin dilidir. Sknadinaviya, Farer adaları, İslandiya, Qrenlandiyada, Rusiya, Fransa və Britaniya adalarının bəzi yerlərində bu dildə danışılıb. Müasir island dilinin sələfi hesab edilir.
Öyrənməyin mənfi tərəfi: özünüzü vikinq kimi hiss edə bilərsiniz.
Öyrənməyin mənfi tərəfi: bu dildə kimsə danışmır.
2. Latın dili
Yaranması: eramızdan əvvəl 800-cü il. Eramızdan əvvəl 75-ci il və eramızın III əsri klassik latın dilinin “qızıl” və “gümüş” dövrü hesab olunur.
Ümumi məlumat: Məşhur “Ölülər kitabı”, Misir hökmdarlarının qəbir daşları bu dildə yazılıb.
Öyrənməyin faydası: German-skandinav mifologiyasının əsas əsəri olan “Edda”, bir sıra skandinav əsatirləri bu dildə yazılıb. Bu, vikinqlərin dilidir. Sknadinaviya, Farer adaları, İslandiya, Qrenlandiyada, Rusiya, Fransa və Britaniya adalarının bəzi yerlərində bu dildə danışılıb. Müasir island dilinin sələfi hesab edilir.
Öyrənməyin müsbət tərəfi: Siseron, Yuli Sezar, Katon, Katull, Vergili, Ovidi, Mark Avreli, Seneka, Avqustin və Foma Akvinskini orijinalda oxuya bilərsiniz.
Öyrənməyin mənfi tərəfi: təəssüf ki, onunla sosial şəbəkələrdə və ya real həyatda danışa bilməzsən. Amma Latın dilini sevənlərin cəmiyyətlərində və Vatikanda bu ildə danışmaq olar.
1. Qədim yunan dili
Yaranması: eramızdan əvvəl 800-cü il.
Ölməsi: eramızın 3-cü əsri
Ümumi məlumat: qədim yunan dilini bilməklə Sokratın, Platonun, Aristotelin, Homerin, Herodotun, Evripidin, Aristofanın və digərlərinin əsərlərini asanlıqla oxuya bilərsiniz.
Öyrənməyin faydası: söz ehtiyatınızı artıra bilərsiniz.
Öyrənməyin mənfi tərəfi: bu dildə danışan yoxdur
Buzzfeed və WomanAdvice-ın materialları əsasında hazırlanıb.