Dünya əhalisinin sayı 2022-ci ilə qədər 7,8 milyarda çatacaq.
Bu barədə ABŞ Siyahıyaalma Bürosu məlumat yayıb.
Məlumata görə, 2021-ci ildə dünya əhalisi 0,9 faiz artaraq əhalinin sayını 74 milyon nəfər artırıb.
Bununla yanaşı o da qeyd edilib ki, 2022-ci ildə dünyada hər saniyədə 4,3 doğum və 2 ölüm hadisəsinin gözlənilir.
Çin 1 milyard 439 milyon 323 min nəfərlə dünyanın ən çox əhalisi olan ölkəsi olaraq qalır. 2-ci yerdə isə onu 1 milyard 380 milyon 4 min nəfərlə izləyən Hindistan gəlir. Bununla belə, yayılan məlumatda Hindistanın 2025-ci ildə Çini geridə qoyaraq dünyanın ən çox əhalisi olan ölkəsi olaraq birinci yerə yüksələcəyi bildirilir.
Hazırda ABŞ dünya əhalisinə görə üçüncü yerdədir. TÜİK-in 2020-ci il məlumatlarına görə Türkiyə 83 milyon 384 min əhalisi ilə dünyada 19-cu yerdədir. (apa)