- Mədəniyyət

2023-cü ilin “Oskar” mükafatının qalibləri məlum olub

Mişel Yeoh “Hər şey hər yerdə və dərhal” filmindəki roluna görə “ən yaxşı aktrisa” nominasiyası üzrə “Oskar” mükafatını qazanıb.

“Report” xəbər verir ki, qaliblər ABC kanalında canlı yayımda elan edilib.

Eyni zamanda rejissorlar Den Kvan və Daniel Şeynert “Hər şey hər yerdə və dərhal” filmindəki işlərinə görə “Oskar” mükafatını qazanıblar. Den Kvan və Deniel Şaynertin “Hər yerdə hər şey və dərhal” filmi paralel kainatlarda bir qadının şərlə mübarizəsindən bəhs edir.

Amerika aktyoru Brendan Freyzer “Balina” (“The Whale”) filmindəki roluna görə “ən yaxşı aktyor” kateqoriyasında “Oskar” mükafatını alıb.

About Fizze Heyderova

Read All Posts By Fizze Heyderova