- Cəmiyyət

Fransa öz vətəndaşlarını Ukraynaya getməməyə çağırıb

Ukrayna və Rusiya arasında gərginliyin artmasına görə Fransa öz vətəndaşlarını ciddi zərurət olmadığı təqdirdə Ukraynaya getməməyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Fransa XİN məlumat yayıb.

“Ukraynaya zəruri olmayan bütün səfərləri təxirə salmaq tövsiyə edilir”, – məlumatda bildirilib.