- Cəmiyyət, Manşet

Zelenski ilə Putinin görüşü üçün, demək olar ki, hər şey hazırdır, – Araxamiya

Rusiya İstanbulda Ukraynanın təklif etdiyi sülh müqaviləsi layihəsini Krım məsələsi istisna olmaqla, şifahi olaraq qəbul edib.

kamilinfo unian.net-ə istinadən bildirir ki, bu barədə Ukraynanın danışıqlar nümayəndə heyətinin rəhbəri David Araxamia milli marafonun efirində məlumat verib.

Eyni zamanda, Rusiya tərəfi sənədlərin layihələrinin prezident Vladimir Zelenski ilə Rusiya diktatoru Vladimir Putin arasında birbaşa məsləhətləşmələr aparmaq üçün kifayət qədər işlənib hazırlandığını təsdiqləyib.

Araxamia qeyd edib ki, görüşün İstanbulda keçirilməsi ehtimalı yüksəkdir. İndi qrupların vəzifəsi sənədin özünün deyil, artıq toxunulmuş məsələlərin yekun mərhələsini işləyib hazırlamaq və prezidentlərin mümkün görüşünü hazırlamaqdır.