- Mədəniyyət

“23:59 qatarı” adlı birpərdəli tamaşanın premyerası olacaq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Sosial Xidmətlər Agentliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Toyqun Orbayın “21:15 qatarı” əsərinin motivləri əsasında “23:59 qatarı” adlı birpərdəli tamaşa hazırlanıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, oyun janrında hazırlanan tamaşada rolları Ahıllar Evinin sakinləri ifa edəcəklər.

Tənhalıq, ümid və arzuların, xəyalların gerçəkləşməsinə, gec-tez bu stansiyada o məşum qatarın perrona gələcəyinə inam əsərin əsas qayəsini təşkil edir və insan psixologiyasının müxtəlif hadisələrə reaksiyasını əks etdirir. Lakin bu tənha stansiyada nə saatın əqrəbləri dəyişir, nə də qatarın fiti eşidilmir…

Tamaşanın quruluşçu rejissoru Lalə Hadıyevadır.

Tamaşa oktyabrın 1-i saat 11:00-da Hacıağa Abbasov adına Mədəniyyət Mərkəzində göstəriləcək.