- Cəmiyyət

Leyla Abdullayeva Fransa telekanalına etirazını bildirib

“Dünya ölkələri tərəfindən tanınmayan qeyri-qanuni qurumun nümayəndəsinin müsahibəsinin “France24“ tərəfindən yayımı separatizmin təbliğinə əsas verir”.

Bu barədə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva tvitter hesabında paylaşımında bildirib.

Səfir telekanalın bu addımını pisləyib. Bildirib ki, “France24″də yayımlanan müsahibə Azərbaycan dövlətinin suverenliyini və ərazi bütövlüyünü pozur, eyni zamanda, gərginliyi artıraraq sülh səylərinə zərbə vurur.