- Mədəniyyət

“35 ildən sonra” Gənc Tamaşaçılar Teatrında premyera

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında İsveç dramaturqu Benqt Alforsun “İllüziyaçılar” pyesi əsasında hazırlanan “35 ildən sonra” adlı tamaşanın premyerası təşkil olunub.

AZƏRTAC xəbər verir ki, teatrın yeni yaradılmış “ArtStudiya”sında hazırlanan “35 ildən sonra” tamaşasının quruluşçu rejissoru Müşfiq Əliyev, quruluşçu rəssamı Dmitri Afansyev, musiqi tərtibatçısı Zaur Rəşidovdur. Səhnə əsərində əsas rolları Əməkdar artist Elnur Bəhramxan və digər aktyorlar Kərəm Hadızadə, Zümrüd Quliyeva ifa ediblər.

Qeyd edək ki, bir hissəli səhnə əsəri ömrünün qürub çağını yaşayan aktyorun həyatından bəhs edir. Uzun illərdən sonra yeganə qızı ilə qarşılaşan ata onun varlığından həyəcanlanır, həm də xoşbəxt olur. Müəllif ata və qız münasibətlərinin fonunda ailənin, doğma əlaqələrin qorunmasının vacib olduğunu təqdim edir.