UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iki iştirakçısı müəyyənləşib.
İngiltərənin “Çelsi” və Fransanın PSJ klubları növbəti raunda adlayıblar.
London təmsilçisi 1/4 finalın ilk matçında Portuqaliyada 2:0 hesabı ilə qalib gəldiyi “Portu”ya evdə minimal hesabla uduzub – 0:1. Qonaqların heyətində oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Mehdi Taremi fərqlənib. Məğlubiyyətə baxmayaraq, “zadəganlar” yarımfinala vəsiqə qazanıblar.
PSJ isə doğma meydanda Almaniya “Bavariya”sına 0:1 hesabı ilə məğlub olub. Görüşdə yeganə qolu 40-cı dəqiqədə Erik Şupo-Motinq vurub. Buna baxmayaraq, Münhendəki ilk qarşılaşmada turnirin son qalibini 3:2 hesabı ilə məğlub edən Paris klubu səfər qolu sayəsində yarımfinala yüksəlib. (Report)