2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibə verib.
– Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə və Xocavənd istiqamətlərində davam edib. Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub. Düşmən Goranboy, Tərtər və Ağcabədini atəşə tutub.
– Erməni təcavüzü nəticəsində ölən mülki şəxslərin sayı 92 oldu.
– Düşmən Tərtər və Ağdam rayonlarının kəndlərini atəşə tutub.
– Düşmənin döyüş meydanında atıb qaçdığı yeni hərbi texnikaların videogörüntüsü yayılıb. Düşmənin Tonaşendəki hərbi infrastrukturu darmadağın edilməsinin videogörüntüləri yayılıb.
– Füzuli və Xocavəndin işğaldan azad edilən kəndlərinin videogörüntüləri yayılıb.
– Ağdərə yaxınlığında düşmənin hərbi kolonu pusquya salınaraq məhv edilib. Düşmənin 41-ci artilleriya alayının batareyası məhv edilib.