- Cəmiyyət, Manşet

44 günlük Vətən müharibəsinin xronikası: 30 oktyabr

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Trend Vətən müharibəsinin xronikasını təqdim edir.

– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha bir neçə kəndi işğaldan azad etməsi ilə bağlı paylaşım edib.

– Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti açıqlayıb. Döyüşlər əsasən cəbhənin Ağdərə, XocavəndQubadlı istiqamətlərində davam edib. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.

– Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz atəşə tutulub. Bərdəni atəşə tutan “Smerç” məhv edilməsinin videogörüntüsü yayılıb.

– Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.