Azərbaycanda iyulun 1-dən bu günə – 68 gün ərzində 14 min nikah qeydə alınıb.
Bu barədə Trend-ə Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda qeyd edilir ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox olub.
2020-ci il iyul ayının 1-dən sentyabrın 7-dək Azərbaycanda cəmi 6 min 230 nikah bağlanıb.
Hesablamalara görə, bu il iyulun 1-dən bu günə qədər Azərbaycanda bir gündə 206 nikah mərasimi keçirilib.