- Köşə

Sosial şəbəkələrdə ən çox rast gəlinən orfoqrafik səhvlər

“Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmanda deyilir:
“Müasir Azərbaycan dili mükəmməl qrammatik quruluşa, zəngin lüğət tərkibinə və ifadə vasitələrinə malikdir. Bununla yanaşı, dilimizin hüdudsuz imkanlarından yetərincə və düzgün istifadə edilməməsi halları hələ də kifayət qədər geniş yayılmışdır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında ədəbi dilin normalarının kobud şəkildə pozulması, leksik və qrammatik qaydalara əməl edilməməsi, məişət danışığından istifadə olunması, əcnəbi söz və ifadələrin yersiz işlədilməsi az qala adi hala çevrilmişdir»
İlham Əliyev

Həqiqətən də, son illər mətbuatda, sosial şəbələlərdə dilimizin  ədəbi normalarının pozulması hallarına çox rast gəlinir,  hətta ali təhsilli, özünü “ziyalı” adlandırıb, başqalarının yazılarına, fikirlərinə irad tutanların yazılarında sözlərin düzgün yazılışına, məktəblinin belə bilib əməl etdiyi adi orfoqrafiya qaydalarına əməl edilmir. Bunu feysbuk dostlarımın qeydləri də bir daha sübut etdi. Sosial şəbəkələrdə ən çox rast gəlinən orfoqrafik səhvlər hansılardır? Gəlin birlikdə nəzər salaq.
Xahiş edirəm, “xahiş”i “xaiş” yazmayın, adamın fikirlərinə irad tutanda “səhv”  sözün “səf”, –  yazmayın barı: “səf deyirsən” şəklində…
Həmçinin “məşhur”la “məhşur”un arasında bir həşərat qədər fərq var… Məşhur – “tanınmış”dırsa, onu “məhşur” şəklində yazanda “həşərat” olur. Yazdığınızın düzlüyünə əmin olduqdan sonra qarşınızdakına iradlarınızı bildirin, lütfən…

Gülyaz Əliyeva

Çox yerində edilmiş irad və xahişlərdir. Birini də mən əlavə edim. Bir çox yerdə, hətta filoloq kimi tanıdığım bəzi şəxslərin yazısında da “çoxmərtəbəli” yerinə, “hündürmərtəbəli”  görmək olar. İrad tutanda da:  “axı jurnalistlər belə yazır” deyirlər.

Günel Zamanlı

Məzhəb”i də “məssəb” yazmasınlar.

Nəriman Qasımoğlu

Bir xahiş də məndən.
Repetitorlar (xüsusilə filoloqlar) özləri haqda məlumatda “repititor” yazmasın.

Könül Rəhimova

Hərdən “xahişt” də olur, hətta “xayiş” də.

Bahar Ağayeva

Gülyaz Eliyeva, xaş edirəm  də yazırlar..gerçəkdən.

Kəmalə Qəhrəman

Ümumiyyətlə, bir filoloqun yazıda normalara diqqət etməməsi böyük qəbahətdir…Bəzən klaviatura səhvi olur, amma hər halda hər kəs yazandan, lap paylaşandan sonra da rəyini, yazısını oxuyur. Heç olmasa o zaman düzəltmək lazımdır. Bir də davamlı müəyyən sözləri səhv yazanlar var…Bax bu heç cür anlaşılan deyil…

Aynur Bəşirova

Bəzi hallarda çıxışlıq hal şəkilçisini tələffüz şəklində yazırlır.

Cahan Quliyeva

Amplua – ampula jurnalistlərimizdən tez-tez eşidirik.

Ramil  Həsənov

“Dilçi deyiləm”, yazmayın, orfoqrafik normaları  11-ci sinfi bitirmiş hər kəs bilməlidir .

Siddiqə Rüstəmova

Bir xahişi də mən edim, çünki bağlayıcısından sonra vergül qoymasınlar. Çünki bağlayıcısından əvvəl vergül qoyulmalıdır.

Günel Məmmədova

Bir xahiş də məndən  : “niyə görə?” yox ,  “nəyə görə? ” deyin, yazın.

Həlimə Mehrani Muradi

Gülyaz Eliyeva,  Doordann?

Sevil Əliyeva

Doğrudan  da, belədir. Doğurdan yox.

Fidan Tofiqqızı

Tşk – lara dəymə.

Sima Cəfərova

Sosial şəbəkələrdə çox rast gəldiklərimdən : “Deil” yox,  ” deyil”, “niə” yox, “niyə “, “xeir” yox , “xeyr”.

Elnarə Abdullayeva

Filoloq mütləq yazıya fikir verməlidir. Hər zaman yazdıqdan sonra oxuyuram. Səhv yazdığımı görəndə düzəldirəm. Bilməzlikdən olarsa, o başqa, bacardığım  qədər səhvsiz yazmağa çalışıram.

Aynur Əliyeva

Müəllimə, əsəbləşməginən. Sizə irad tutanlar bu tərz yazıları oxumayanlardır, məncə.

Afina Məmmədli Barmanbay