Sentyabrın 17-də Ağstafa rayonu Sadıqlı kənd tam orta məktəbinin yeni tikilmiş tədris binasının açılış mərasimi keçirilib.
Mərasimdə Ağstafa rayon İcra hakimiyyətinin başçısı Seymur Orucov, Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdir müavini İlhamə Abdullayeva, Ağstafa rayon Təhsil Şöbəsinin müdiri Mədəd Zeynalov iştirak edib.
Bildirilib ki, Sadıqlı kənd tam orta məktəbinin inşasına 2020-ci ilin dekabrında başlanılıb. İki mərtəbəli məktəb binası dörd korpusdan ibarətdir. 360 nəfər şagird yerlik olan məktəbin geniş sinif otaqları, laboratoriyaları, akt zalı, yeməkxana, kitabxana və oxu zalı, informatika kabineti, hərbi hazırlıq kabineti, sanitar qovşaqlar, qapalı və açıq idman zalı var. Həmçinin məktəbəhazırlıq qrupları üçün xüsusi kabinetlər yaradılıb. Sadıqlı kənd tam orta məktəbində 47 nəfər müəllim, 18 nəfər texniki işçi çalışır.
Açılışdan sonra məktəbdə yaradılmış şəraitlə tanışlıq olub.