- Cəmiyyət

Deputatlar azad olunan ərazilərə gedəcəklər

Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib.

Modern.az xəbər verir ki, iclasda komitə sədri Tahir Rzayev 2021-ci il payız sessiyası üçün iş planı haqqında məlumat verib.

Qeyd edib ki, komitəyə daxil olacaq qanun layihələri ilə yanaşı, qarşıdakı sessiyada “Qida təhlükəsizliyi haqqında” qanun layihəsinin müzakirəyə çıxarılması nəzərdə tutulub. Eyni zamanda, işğaldan azad olunan ərazilərdə aqrar vəziyyətlə tanışlıq, aqrar sahənin inkişafı üçün vacib məsələlərin müzakirəsi, ilin yekununda Kənd Təsərrüfatı Nazirliyinin iştirakı ilə aqrar sahədə işlərin gedişi ilə əlaqədar dinləmələrin keçirilməsi planlaşdırılıb.