- Cəmiyyət

Çexiyanın xarici işlər naziri Azərbaycana gəlir

Çexiyanın xarici işlər naziri Yakob Kulhanek sentyabrın 30-da Azərbaycana rəsmi səfərə gələcək.

“Report” xəbər verir ki, o, səfər çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək.

Tərəflər iki ölkə arasında bir sıra səhələrdə əməkdaşlıq əlaqələrinə dair məsələləri müzakirə edəcəklər.