- Cəmiyyət, Manşet

Nikolya Sarkozi həbs edilib

Fransanın sabiq prezidenti Nikolya Sarkozi məhkəmə qərarı ilə bir il müddətinə azadlıqdan məhrum edilib.

O, 2012-ci il prezident seçkiləri ərəfəsində seçki kampaniyası üçün xərclərin həddini aşmaqda təqsirli bilinib.

Qeyd olunur ki, məhkəmə hökmünün çıxarıldığı iclasda N.Sarkozi iştirak etməyib.

İttihama əsasən, sabiq prezident 2012-ci il seçki kampaniyasına qanunla icazə verilən 22 milyon avro əvəzinə 42 milyon avro sərf edib.

trend.az