Bakıda və Abşeron yarımadasında oktyabrın 2-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə bəzi yerlərdə yağış yağacağı, səhər tədricən kəsiləcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 13-15° isti, gündüz 17-20° isti, Bakıda gecə 13-15° isti, gündüz 17-19° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 769 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.
Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Gecə bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 17-21° isti, dağlarda gecə 3-8° isti, yüksək dağlıq ərazilərdə 0-3° şaxta, gündüz 8-13° isti olacaq.