- Cəmiyyət

Möhsün Nağısoyluya yeni vəzifə verilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun sabiq direktoru, akademik Möhsün Nağısoyluya yeni vəzifə verilib.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, M.Nağısoylu AMEA prezidentinin humanitar sahə üzrə müşaviri vəzifəsinə təyin olunub.

M.Nağısoylu yeni təyinatı ilə bağlı məlumatı təsdiqləyib.

Qeyd edək ki, 75 yaşlı M.Nağısoylu oktyabrın 1-də Dilçilik İnstitutunun direktoru vəzifəsindən azad olunub. (report)