Türkiyənin xarici işlər nazirinin müavini Sedat Önal oktyabrın 11-12-də Qazaxıstanda səfərdə olacaq.
Türkiyənin Xarici İşlər Nazirliyinin xəbərinə görə, səfər 11-12 oktyabr 2021-ci il tarixlərində Nur-Sultanda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin (AQEM) Xarici İşlər Nazirlərinin 6-cı Toplantısı çərçivəsində baş tutacaq.
“Pandemiyadan sonra dünyanın yeni reallıqları Asiyada Təhlükəsizlik və Davamlı İnkişaf fonunda” adı altında keçiriləcək toplantıda ölkələrin əməkdaşlıqlarının inkişaf etdirilməsi imkanları müzakirə ediləcək. (apa)