- Cəmiyyət

Vətən müharibəsinə həsr olunmuş videomateriallar təqdim edilir

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası 44 günlük Vətən müharibəsi ilə bağlı videogörüntüləri mütəmadi olaraq sosial şəbəkə vasitəsilə izləyicilərə təqdim edir.

Baş İdarədən bildirilib ki, təqdim edilən videoçarxlarda kitabxananın virtual oxucuları Fatimə Abuzərova, Nəzrin Mayılova, Ülvi Mayılov, Mədinə Abışova Zəfər savaşımıza yazılmış vətənpərvər ruhlu şeirləri, kitabxananın fəal oxucusu Zəhrəxanım Hüseynova isə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeiri fəxarət hissi ilə səsləndirib.

Virtual oxucu Mahmud Mirzəyev ifa etdiyi “Azərbaycanım” mahnısının videoçəkilişini kitabxanaya göndərib.

Vətən sevgisi ilə böyüyən uşaqların hazırladıqları videoçəkilişləri kitabxananın rəsmi instaqram hesabından izləyə bilərsiniz. (azertag)