- Cəmiyyət, Manşet

Böyük Dəbilqə: Azərbaycan cüdoçuları 1 qızıl, 1 bürünc medalla 4-cü yeri tutub

Azərbaycan cüdoçusu Uşangi Kokauri Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə 3-cü yer uğrunda görüşə çıxıb.

“Report”un məlumatına görə, 100 kq-dan yuxarı çəkidə mübarizə aparan gürcüstanlı legioner niderlandlı Yur Speykerslə üz-üzə gəlib. Görüş Speykersin qələbəsi ilə yekunlaşıb. Nəticədə Kokauri 5-ci yerlə kifayətlənməli olub.

Beləliklə, Azərbaycan cüdoçuları Böyük Dəbilqəni 1 qızıl, 1 bürünc medalla 4-cü yerdə başa vurub. Milli komanda üzvlərindən Balabəy Ağayev (60 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Hidayət Heydərov (73 kq) isə 3-cü yeri tutub.