Azərbaycan UEFA reytinqində 2 pillə irəliləyib.
“Report”un məlumatına görə, bu, “Qarabağ”ın Konfrans Liqasında Qazaxıstan “Kayrat”ı üzərində 2:1 hesablı qələbəsi sayəsində mümkün olub. Beləliklə, ölkənin aktivinə daha 0,500 xal gəlib və ümumi xal sayı 16,000-a qalxıb.
Beləliklə, 26-cı pilləyə yüksələn Azərbaycan hərəyə 15,875 xala malik Polşa və Macarıstanı geridə qoyub. Polşanın “Legiya” komandası Avropa Liqasının III turunda İtaliyada “Napoli”yə 0:3, Macarıstan “Ferentsvaroş”u Şotlandiyada “Seltik”ə 0:2 hesabı ilə uduzub.
Qazaxıstan isə 15,500 xalla 29-cu pillədə yer alıb.