2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.
Trend Vətən müharibəsinin xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin Çinarlı kəndi adlandırılması haqqında qanunu təsdiqləyib.
– Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında Fərman imzalayıb.
– Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı məlumat yaydı. Düşmənin məhv edilən hərbi texnikasının siyahısı.