- Cəmiyyət

“Xalqımızın tolerantlıq ənənələrinin  və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran  bölgəsi üzrə şöbəsi və Lənkəran Şəhər Mərkəzi Kitabxanasının birgə təşkilatçılığı ilə “Xalqımızın tolerantlıq ənənələrinin  və multikulturalizm siyasətinin milli həmrəyliyimizin möhkəmlənməsindəki önəmi” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nin Lənkəran  bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli,  Lənkəran Şəhər Mərkəzi Kitabxanasının direktoru Nuranə Nəsirova, kitabxananın əməkdaşları və filial müdirləri iştirak edib.

Çıxışlar zamanı Azərbaycanın tarixən müxtəlif dinlərin və xalqların nümayəndələrinin qarşılıqlı hörmət, həmrəylik və dözümlülük şəraitində yaşadığı, müxtəlif mədəniyyətlərin həm coğrafi, həm də mədəni baxımdan qovuşduğu unikal bir məkan olduğu qeyd edilib. Vətən Müharibəsindəki qələbəmizdə və milli həmrəyliyimizin möhkəmlənməsində xalqımızın zəngin milli-mənəvi, tolerant və multikultural dəyərlərinin mühüm rolu diqqətə çatdırılıb.