- Cəmiyyət, Manşet

“Rusiya silahları “Bayraktar”a qarşı acizdir” – ABŞ mediası

Amerikalı ekspertlər Suriya, Liviya və Qarabağdakı hərbi əməliyyatlara cəlb edilən Rusiya silahlarını analiz ediblər.

Modern.az ABŞ-ın “Popular Mechanics” jurnalına istinadən xəbər verir ki, ekspertlər Rusiyanın istehsal etdiyi zenit-raket komplekslərinin Türkiyə və İsrail istehsalı olan pilotsuz uçuş aparatlarına qarşı gücsüz olduğunu müəyyən ediblər.

Belə ki, Türkiyə və İsrail dronlarının Rusiyanın çoxsaylı zenit-raket komplekslərini məhv etməsinə dair faktların olduğunu, amma dronların vurulmasına dair faktların əldə edilmədiyi bildirilib.

“Mövqelərini möhkəmləndirmək üçün ermənilər son illər Rusiyadan çoxsaylı zenit-raket kompleksləri almışdı. Amma Qarabağdakı son müharibə zamanı həmin silahlar Azərbaycanın tətbiq etdiyi ölümcül dronlara qarşı faydasız oldu. Həmin sistemlər qırıcılardan daha kiçik ölçüyə malik uçuş aparatlarını müəyyənləşdirə bilmədi. Azərbaycanın tətbiq etdiyi iki pilotsuz uçuş aparatı – Türkiyə istehsalı “Bayraktar” TB2 və İsrail istehsalı “Harop” dronları Ermənistanın müdafiə üstünlüyünü və Hava Hücumundan Müdafiə sisteminə xərclədiyi yüz milyonlarla dolları heçə endirdi”, – deyə məqalə müəllifləri qeyd edib.