Türk əsilli amerikalı alim, Nobel mükafatı laureatı, professor Əziz Səncər Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı ilə birgə Azərbaycanın işğaldan azad olunmuş Şuşa şəhərinə səfər edib.
Modern.az xəbər verir ki, bu barədə Cahit Bağcı özünün “Twitter” səhifəsində yazıb.
“Yazın ayrı, qışın ayrıca gözəldir, Şuşa. Ciyərlərimiz Qafqazın havası ilə doldu. Çox şükür”, – səfir sosial şəbəkədə qeyd edib.