Bir gün bir meşədə odunçu kişinin baltası çaya düşür. O ağlamağa başlayır. Bu dəm Tanrı ondan niyə ağladığını soruşur.
– Axı necə ağlamayım. Baltam çaya düşüb. Bundan sonra ailəmi necə dolandıracam?
Onda Tanrı çaydan qızıl balta çıxarıb kişiyə verir: «Sənin baltan budu?».
Kişi baltanı götürmür: «Yox, bu mənim baltam deyil». Tanrı çaydan gümüş balta çıxarıb odunçuya verir. Odunçu yenə baltanı götürmür: «Bu da mənim baltam deyil». Nəhayət, Tanrı çaydan dəmir baltanı çıxarıb odunçuya verir. Kişi sevinir: «Hə, bu mənim baltamdı». Bunu görən Tanrı deyir: «Görürəm sən düz adamsan, mənim qoyduğum qaydalarla yaşayırsan. Buna görə də hər üç baltanı sənə verirəm».
Bir müddət sonra bədbəxtçilikdən odunçunun arvadı çaya düşür. O yenə də ağlamağa başlayır. Bu dəfə də Tanrı ondan niyə ağladığını soruşur.
– Axı necə ağlamayım. Arvadım çaya düşüb.
Onda Tanrı çaydan Cenifer Lopesi çıxarıb kişidən soruşur: «Bu, sənin arvadındı?»
Kişi sevinə-sevinə «Hə, mənim arvadımdı» deyir.
Bunu eşidən Tanrı qəzəblənir: «Sən məni aldatdın».
Odunçu cavab verir: «Tanrıım, burda bir balaca anlaşılmazlıq baş verib. Əgər mən desəydim ki, bu mənim arvadım deyil, sən çaydan Ketrin Zeta-Consu çıxaracaqdın. Ancaq mən yenə deyəcəkdim ki, bu, mənim arvadım deyil. Onda sən mənim öz arvadımı çaydan çıxaracaqdın. Səni aldatmadığıma görə mükafat kimi hər üçün mənə verəcəkdin. Mən onlarla nə edəcəkdim? Onları saxalaya bilməyəcəkdim və dördümüz də bədbəxt olacaqdıq».
Məntiq: «Kişilər yalan danışanda bunu layiqli və hamının xeyri üçün edirlər».