“Almaniya Ukrayna ilə bağlı nizamlanma məsələsində diplomatiyaya üstünlük verir və bu həftə Almaniya Kanslerinin müşaviri Rusiya və Fransadan olan həmkarları ilə yüksək səviyyədə görüş keçirəcək”.
APA-nın xəbərinə görə, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Heberşrayt söyləyib.
“Kanslerin köməkçisi Yens Pletner bu həftə Rusiya və Fransadan olan həmkarları ilə görüşəcək”, – deyə o əlavə edib.