İspaniya La Liqasında XIX turun “Osasuna” – “Atletik” matçında tarixi hadisə baş verib.
“Report”un məlumatına görə, qonaqların 3:1 hesabı ilə qalib gəldiyi görüşdə 21 yaşlı yarımmüdafiəçi Oyhan Sanset het-trik edib. Bununla da La Liqada ilk dəfə 2000-ci il və daha sonra doğulmuş futbolçu 3 qol vurub.
Qeyd edək ki, Oyan Sanset “Atletik”in yetirməsidir. O cari mövsüm 16 oyunda 4 qol və 3 məhsuldar ötürmə müəllifi olub. Bilbao komandası isə 20 oyundan 27 xalla 10-cu pillədə gedir.